REGİONLAR


Boks və stolüstü tennis yarışlarının qalibləri mükafatlandırılıb

Naxçıvan, 5 dekabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri arasında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi ilə boks üzrə şəxsi birincilik keçirilib.

AZƏRTAC xəbər verir ki, yarışlar Kəngərli Rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Kəngərli rayon təşkilatının Gənclər Birliyi və Uşaq-Gənclər İdman Məktəbinin birgə hazırladığı tədbirlər planına uyğun təşkil olunub.

Yarışdan əvvəl rayon Gənclər və İdman İdarəsinin rəisi Vüsal Hüseynov, Uşaq-Gənclər İdman Məktəbinin direktoru Sarvan Məmmədov çıxış edərək yarışın keçirilmə qaydaları haqqında iştirakçılara ətraflı məlumat veriblər.

Sonra yarışa start verilib.

Gərgin keçən görüşlərdən sonra Sinan Əbilov, Ramiz Bayramov, Hüseyn Qənbərli, Elçin İmanov, Ucal Musayev və Tural Rzayev mükafata layiq görülüblər.

Daha sonra qalib idmançılara təşkilatçıların diplomları təqdim olunub.

Şərur rayonunda Gənclər və İdman İdarəsi ilə Təhsil Şöbəsinin birgə təşkil etdiyi məktəblilər arasında stolüstü tennis üzrə birincilikdə isə 32 idmançı mübarizə aparıb.

Yarışın yekun nəticəsinə əsasən, oğlanlar arasında Nihad Qurbanlı qalib adını qazanıb. Digər iki pillədə Əkrəm Rəhimli və Nail Xudiyev qərarlaşıblar. Qızların mübarizəsində Xurşud Mahmudova yarışın qalibi olub. Nurcan Məmmədova ikinci, Gültəkin Süleymanova isə üçüncülüklə kifayətləniblər.

Qaliblər təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.