İDMAN
Boksçularımız Rusiyada keçirilən beynəlxalq turnirdə beş medal qazanıblar
AZƏRTAC xəbər verir ki, yarışda yerli idmançılarla yanaşı, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Özbəkistan komandaları da mübarizə aparıblar.
Milli komandamız turniri 3 qızıl və 2 bürünc medalla başa vurub. Avropa çempionu Salman Əlizadə (49 kq) finalda Rusiyanı təmsil edən Yeprem Qriqoryanı məğlub edərək qızıl medal qazanıb. Azərbaycan çempionatının mükafatçısı İbrahim İbrahimov da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Boksçumuz həlledici görüşdə Qırğızıstan idmançısı Kanatbek Abduvahabovu üstələyib. Gənclər arasında dünya birinciliyinin mükafatçısı Pərviz Bağırov da (69 kq) məşqçilərin etimadını doğruldub. Həmyerlimiz finalda Omsk boksçusu Arman Kurmanalinov üzərində qələbə qazanıb.
Digər boksçularımızdan Tural Əhmədov (56 kq) və İman Əhmədli (64 kq) bürünc medalla kifayətlənib.
Komandamızdan yalnız Elvin İsayev (60 kq) mükafatçılar sırasına düşə bilməyib.