İDMAN


Boksçumuz Cavid Çələbiyev “Bakı-2017”nin finalına vəsiqə qazanıb

Bakı, 17 may, AZƏRTAC

IV İslam Həmrəyliyi Oyunlarının boks yarışlarında 60 kiloqram çəki dərəcəsində finalçıların adları dəqiqləşib. Həlledici döyüşdə Azərbaycan da təmsil olunacaq.

AZƏRTAC xəbər verir ki, yığmamızın üzvü Cavid Çələbiyev buna yarımfinalda qazaxıstanlı Sultan Zaurbəyə qalib gəlməklə nail olub. O, rəqibini 4:1 hesabı ilə məğlub edib.

Dünya çempionumuz mayın 18-də baş tutacaq finalda iraqlı Ammar Karbalai ilə döyüşəcək.

Qeyd edək ki, C.Çələbiyevədək Kamran Şahsuvarlı (75 kq) və Teymur Məmmədov (91 kq) da adını finala yazdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.