İDMAN


Boksçumuz Kamran Şahsuvarlı Avropa çempionatının yarımfinalına yüksəlib

Bakı, 22 iyun, AZƏRTAC 

Xarkovda keçirilən kişi boksçular arasında Avropa çempionatında yarımfinalçılar müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, iyunun 21-də keçirilən dörddəbir final mərhələsində Azərbaycan yığmasının 5 üzvü qüvvəsini sınayıb və onlardan biri qələbə qazanıb.

Millimizin heyətində ilk olaraq rinqə çıxan Lorenzo Sotomayor (64 kq) polşalı Mateuş Polskiyə məğlub olub – 0:5.

Çempionatda 75 kiloqram çəki dərəcəsində yarışan Kamran Şahsuvarlı Almaniya boksçusu Silvio Şyerle ilə qüvvəsini sınayıb. Döyüş 4:1 hesabı ilə boksçumuzun xeyrinə başa çatıb. Bu qələbə sayəsində yarımfinala yüksələn idmançımız ən azı bürünc medalı təmin edib. O, iyunun 23-də baş tutacaq yarımfinalda macarıstanlı Zoltan Harcsa ilə qüvvəsini sınayacaq.

Abdulqadir Abdullayev (91 kq) ilk döyüşdəki uğurunu təkrarlaya bilməyib. Boksçumuz dörddəbir finalda İngiltərə təmsilçisi Çeavan Klarka məğlub olub.

Yarımfinala gedən yolda Pərviz Bağırov (69 kq) da büdrəyib. Ukraynalı Yevgeni Barabanovla qarşılaşan həmyerlimiz görüşdən məğlub ayrılıb – 0:3.

Dörddəbir finalda sonuncu təmsilçimiz Məhəmmədrəsul Məcidov (+91 kq) isə fransalı Kamili Dini Aboudo Moindzeyə məğlub olub – 2:3.

Qeyd edək ki, dörddəbir finalda mübarizə aparmış 5 boksçumuzun hər biri bu mərhələyə yüksəlməklə dünya çempionatında iştirak hüququ qazanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.