İDMAN


Boksçumuz Kamran Şahsuvarlı yarımfinalda məğlub olaraq “Rio-2016”nı bürünc medalla başa vurub VİDEO

A+ A

Bakı, 18 avqust, AZƏRTAC 

Avqustun 18-də “Rio-2016” Yay Olimpiya Oyunlarında Azərbaycan boksçusu Kamran Şahsuvarlı (75 kq) dördüncü görüşünə çıxıb.

AZƏRTAC xəbər verir ki, yarımfinal mərhələsində dünya çempionu, Panamerika Oyunlarının birincisi, kubalı Arlen Lopeslə qarşılaşan Kamran Şahsuvarlı rəqibinə məğlub olaraq “Rio-2016”da çıxışını dayandırıb və Olimpiya Oyunlarını bürünc medalla başa vurub.

K.Şahsuvarlı əvvəlki üç görüşündə Zao Minqqanq (Çin), Artyom Çebotaryovu (Rusiya), dünya çempionu, qazaxıstanlı boksçu Janibek Alimxanlını mübarizədən kənarlaşdırıb.

Boksçumuz Rio Olimpiadasında iştirak etmək hüququnu ölkəmizdə keçirilən boks üzrə dünya Olimpiya təsnifat turnirində əldə etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.