İDMAN


Boksçumuz Rauf Rəhimov “Bakı-2017”də ardıcıl ikinci qələbəsini qazanıb VİDEO

Bakı, 16 may, S.Allahverdiyeva, H.Mahmudova, AZƏRTAC

IV İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksələn boksçularımızın sayı 6-ya çatıb. Bu uğura 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Rauf Rəhimov da imza atıb.

AZƏRTAC xəbər verir ki, ilk döyüşündə Hafidz Adli Mohdu (Malayziya) yarışdan kənarlaşdıran təmsilçimiz dörddəbir finalda pakistanlı Əli Xanı sınağa çəkib. Görüş 5:0 hesabı ilə R.Rəhimovun xeyrinə başa çatıb.

O, yarımfinal qarşılaşmasına mayın 17-də çıxacaq. R.Rəhimov Abdelrəhman Abdelqəvvədlə (Misir) gücünü yoxlayacaq.

R.Rəhimovadək Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Tamerlan Abdullayev (69 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) dörddəbir final səddini uğurla aşıb.

Azərbaycan millisinin digər üzvü Elvin İsayev mübarizəyə dörddəbir final mərhələsindən qoşulub. Oyunlarda 64 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan 25 yaşlı idmançımız ilk qarşılaşmada özbəkistanlı Aliyor Noraliyevlə döyüşüb. Görüş rəqibin qələbəsi ilə yekunlaşıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.