İDMAN


Boksçumuz Rauf Rəhimov İslamiadanı gümüş medalla başa vurub

Bakı, 18 may, AZƏRTAC

IV İslam Həmrəyliyi Oyunlarının boks yarışlarında mübarizə aparan Rauf Rəhimov (81 kq) qızıl medal uğrunda görüşdə türkmənistanlı Arslanbek Açilov ilə üz-üzə gəlib.

AZƏRTAC xəbər verir ki, görüşdə 1:4 hesabı ilə məğlub olan boksçumuz İslamiadanı ikinci sırada başa vurub.

Misirli Abdelrahman Abdelqavvad və Türkiyə boksçusu Cem Karlıdağ yarışda üçüncü pillədə qərarlaşıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.