İDMAN


Boksçumuz Tamerlan Abdullayev “Bakı-2017”də gümüş medala sahib olub

Bakı, 18 may, AZƏRTAC

IV İslam Həmrəyliyi Oyunlarının boks yarışlarında 69 kiloqram çəki dərəcəsində rinqə çıxan Tamerlan Abdullayev gümüş medalla kifayətlənməli olub.

AZƏRTAC xəbər verir ki, idmançımız həlledici qarşılaşmada özbəkistanlı Bobo-Usman Baturov ilə qarşılaşıb. Görüş 0:5 hesabı ilə rəqibin xeyrinə başa çatıb.

Bu çəki dərəcəsində qazaxıstanlı İlya Oçkin və Suriya təmsilçisi Ahmad Qhosson bürünc medallarla kifayətləniblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.