İDMAN


Boksçumuz Tayfur Əliyev İslamiadanı bürünc medalla başa vurub

Bakı, 17 may, AZƏRTAC

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən boks yarışlarında yarımfinal mərhələsi davam edir. Bu mərhələdə Azərbaycan millisinin heyətində ilk olaraq rinqə Tayfur Əliyev çıxıb.

AZƏRTAC xəbər verir ki, 56 kiloqram çəki dərəcəsində mübarizə aparan 20 yaşlı idmançımız özbəkistanlı Abdulxay Şaraxmatovla döyüşüb. Dörddəbir finalda Taoufik Kaçfini asanlıqla mübarizədən kənarlaşdıran T.Əliyev bu dəfə eyni uğuru təkrarlaya bilməyib. O, rinqdən 0:5 hesablı məğlubiyyətlə ayrılıb. Nəticədə boksçumuz İslamiadanı bürünc medalla başa vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.