ELM VƏ TƏHSİL
Bölgələrdə məktəbəhazırlıq qruplarında işin təşkilinə dair təlimlər davam edir
Bakı, 1 avqust, AZƏRTAC
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (TİPİİ) “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” mövzusunda bölgələrdə keçirdiyi ixtisasartırma təlimləri davam edir.
TİPİİ-dən AZƏRTAC-a bildiriblər ki, Ağcabədi, Göyçay, Yevlax, Siyəzən, İmişli, Balakən, Samux, Gəncə, Ağstafa, Tərtər, Şəki, Qəbələ, Neftçala, Cəlilabad, Şamaxı rayonlarında təşkil olunan təlim proqramı ümumilikdə 36 saatdan ibarətdir.
Təlimlərdə müdavimlər məktəbəhazırlığın məqsəd və vəzifələri, inkişaf və təlim standartları, beşyaşlı uşağın fiziologiyası, psixoloji xüsusiyyətləri, öyrənmə formaları, uşağın inkişafında oyunların rolu, ailələrlə əməkdaşlığın əhəmiyyəti və ünsiyyət strategiyaları, perspektiv və cari planlaşdırma istiqamətləri üzrə bilik və bacarıqlara yiyələnəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:40]
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]