Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Bölgələrdə təhsil ocaqlarında ilk zəng səslənib

İsmayıllı, 15 sentyabr, AZƏRTAC

Cülyan kənd tam orta məktəbində 247 nəfər şagird təhsil alır. Keçən tədris ilində 25 nəfər XI sinfi bitirib. Onlardan 12 nəfəri ali məktəblərə qəbul üçün sənəd verib, 8 nəfər tələbə adını qazanıb. Abituriyentlərdən 5 nəfəri 600-dən yuxarı bal toplayıb. Test imtahanlarında nəticələri 690 bala çatan Taleh Ağayev Prezident təqaüdünə layiq görülüb.

AZƏRTAC xəbər verir ki, sentyabrın 15-də Bilik günü münasibətilə İsmayıllı rayonunun Cülyan kəndində keçirilən təntənəli mərasimdə qeyd olunan bu və başqa uğurlar, eləcə də digər təhsil ocaqlarında söylənilənlər ümummilli lider Heydər Əliyev tərəfindən hazırlanan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlət təhsil siyasətinin verdiyi bəhrələr kimi dəyərləndirilib.

Mərasimlərdəki çıxışlarda təhsilə göstərdiyi diqqət və qayğıya, rayonun inkişafındakı hərtərəfli dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıq ifadə olunub.

Qeyd edilib ki, bu il məzun Ağalətif Lətifov 700 bal toplayaraq ən yüksək nəticəyə nail olub. Ümumilikdə 300 nəfərə yaxın məzun tələbə adını qazanıb. Onlardan 28 nəfəri 600-dən yuxarı bal toplayıb, 2 nəfər Prezident təqaüdünə layiq görülüb.

Bildirilib ki, qarşıdakı dərs ilində İsmayıllı məktəblərində 11400 şagird təhsil alacaq. Onlardan 970 nəfər məktəbə hazırlıq siniflərində oxuyacaq.

Həmin gün Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbində də Bilik günü təntənəli surətdə qeyd olunub.

Bu münasibətlə keçirilən mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov, rayon icra hakimiyyəti başçısının müavini Mahmud Süleymanov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin məsləhətçisi Valentin Kulik, məktəbin direktoru Mixail Uryupin, valideyn Marina Nikitina və başqaları Bilik günü münasibətilə məktəbin müəllim və şagird kollektivlərini təbrik edib, onlara təhsildə, Azərbaycanda həyat tərzinə çevrilən tolerant mühitin, multikultural dəyərlərin qorunmasında uğurlar arzulayıblar.

Mərasimin sonunda Valentin Kulik məktəbin kitabxanasında şagirdlərlə multikulturalizm haqqında müzakirələr aparıb, onlara mövzu ilə bağlı dolğun informasiya verib.

X X X

Şamaxı rayonun Mədrəsə qəsəbə tam orta məktəbinin şagirdləri Bilik gününü yeni istifadəyə verilən təhsil ocağında qarşılayıblar. 380 yerlik binada keyfiyyətli təlim-tədris üçün hər cür şərait yaradılıb. Burada müasir istilik, havalandırma və işıqlandırma sistemləri quraşdırılıb, yanğın təhlükəsizliyi və içməli su təminatı məqsədilə su çəni qurulub. Məktəbdə 19 sinif otağı, fizika və kimya laboratoriyaları, kompyuter otağı, geniş akt və idman zalı, yeməkxana və digər xidmət otaqları var.

AZƏRTAC xəbər verir ki, bütün bunlar barədə sentyabrın 15-də məktəbdə Bilik günü münasibətilə keçirilən təntənəli mərasimdə danışılıb. Tədbirdə çıxış edən məktəbin direktoru Ağamustafa Teymurov, kənd ağsaqqalı Əhməd Qasımov, müəllim İstək Məmişova yeni tədris ocağının istifadəyə verilməsinə, ümumilikdə, regionlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Asif Ağayev şagird və müəllimləri təbrik edib, onlara təhsildə uğurlar arzulayıb. İcra hakimiyyətinin başçısı son illər respublikamızda, o cümlədən rayonda təhsilin səviyyəsinin yüksəldilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqətdən danışıb, yeni tədris ocaqlarının tikintisində Heydər Əliyev Fondunun xidmətlərindən bəhs edib. Vurğulanıb ki, hazırda Şamaxıda 72 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramından bəri həmin məktəblərdən 25-i üçün yeni bina tikilib, 5 məktəb isə əsaslı təmir edilib.

Sonda yeni tədris ocağında yaradılan şəraitlə tanışlıq olub.

X X X

Azərbaycanda həyata keçirilən təhsil islahatları, bu sahəyə göstərilən dövlət qayğısı təhsilin inkişafına mühüm töhfələr verir. Prezident İlham Əliyevin təhsilə, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdiyi qayğı respublikamızın digər bölgələrində olduğu kimi, Ağsu rayonunda da ümumtəhsil məktəbləri üçün onlarla yeni binanın tikilməsi, əsaslı təmir olunması ilə nəticələnib. Yeni binaların inşasında Heydər Əliyev Fondunun xidmətləri də az olmayıb.

AZƏRTAC xəbər verir ki, bütün bunlar barədə Ağsu rayonunda sentyabrın 15-də Bilik günü münasibətilə ümumtəhsil məktəblərində keçirilən təntənəli mərasimlərdə səsləndirilib.

Qeyd edək ki, 2016/2017-ci dərs ilində rayonda 18-i ibtidai, 16-sı ümumi orta, 35-i tam orta məktəb olmaqla, 69 ümumtəhsil məktəbi fəaliyyət göstərəcək. Məktəblərdə 8500 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1167 nəfər müəllim məşğul olacaq. Cari ildən başlayaraq 24 məktəbdə 26 məktəbə hazırlıq qrupu fəaliyyətə başlayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO