REGİONLAR


Bölgələrdə turizm potensialının yüksəldilməsi ilə bağlı təlimlər keçirilir

Yevlax, 18 may, AZƏRTAC

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi bölgədə turizm potensialının yüksəldilməsi ilə bağlı təlimləri davam etdirir.

AZƏRTAC xəbər verir ki, Bərdə Turizm İnformasiya Mərkəzi ilə birlikdə Yevlaxda keçirilən növbəti təlimdə rayonun turizm potensialının yüksəldilməsi, turizm imkanlarının tanıdılması və bölgəyə daha çox turist cəlb olunması ilə bağlı müzakirələr aparılıb.

Bərdə Turizm İnformasiya Mərkəzinin direktoru Hikmət Heydərov çıxış edərək, son illərdə turizmin sürətlə inkişaf etdiyini, bölgələrə səfər edən turistlərin sayının artdığını bildirib, Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi ilə birgə hazırlanan turizm imkanlarının öyrənilməsi və tanıdılması ilə bağlı tədbirlərdən və qarşıda duran vəzifələrdən danışıb.

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Səbuhi Qasımov bölgənin ən böyük turizm imkanları kimi tarixi abidələrin, müalicəvi əhəmiyyətli termal su mənbələrinin, həmçinin ovçuluq turizmi olan balıq ovunun əhəmiyyətini diqqətə çatdırıb.

Tədbir müzakirələrlə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.