MƏDƏNİYYƏT
“Bölgələrdən səslər-3” layihəsinin yekun tədbiri keçiriləcək
Bakı, 23 iyun, AZƏRTAC
İyunun 29-da Bakıda Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi dörd aylıq “Bölgələrdən səslər-3” layihəsinin yekun tədbiri keçiriləcək.
DGTYB-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə layihə çərçivəsində nəşr edilmiş “Bölgələrdən səslər-3” antologiyasının təqdimatı da nəzərdə tutulur. Xatırladaq ki, antologiyanın birinci cildi 2012-ci, ikinci cildi isə 2014-cü ildə işıq üzü görüb.
Respublikamızın müxtəlif bölgələrində yaşayıb-yaradan, gələcək vəd edən gənclərin ədəbi örnəklərini əhatə edən antologiyanın hər iki cildi ədəbi mühitdə maraqla qarşılanıb.
Qeyd edək ki, sözügedən layihənin yekun tədbiri – antologiyanın təqdimatı və “Gənc yazarların poeziya gecəsi” Binəqədi Gənclər Evində gerçəkləşəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [20:37]
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO
- 19.04.2024 [18:06]
“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub
- 19.04.2024 [15:52]
Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...
- 19.04.2024 [15:37]
Əməkdar incəsənət xadimi Məmmədağa Umudovla görüş
- 19.04.2024 [14:28]
Naxçıvanda “Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edib
- 19.04.2024 [12:52]
“Cırtdan” balacaları Şuşa Teatrında qarşılayacaq
- 19.04.2024 [11:41]