REGİONLAR


Bölgələrimizlə tanışlıq məktəblilərin biliklərinin zənginləşdirilməsində xüsusi rol oynayır

Qəbələ, 15 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Qəbələyə səfərimiz maraqlı və yaddaqalan oldu. Rayonda görülən işlər, eləcə də tarixi məkanlar, gözəl təbiət bizdə zəngin təəssürat yaratdı.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın iştirakçısı, Saatlı rayonu Əlisoltanlı kənd orta məktəbinin IX sinif şagirdi Fidan Mirzəyeva bildirib.

O qeyd edib ki, şagirdlərin bölgələrə ekskursiyası, qədim tariximizin, adət-ənənələrimizin öyrənilməsi, mədəniyyət abidələrimizin ziyarət olunması, turizm mərkəzləri və başqa gəzməli-görməli yerlərlə tanışlıq onların biliklərinin zənginləşdirilməsində xüsusi rol oynayır.

Söhbətə qoşulan tur-aksiyanın digər iştirakçısı, Cəbrayıl rayon məktəblisi Şəbnəm Məmmədova ekskursiya zamanı həm də mənalı istirahət etdiklərini bildirib. O deyib: “Prezident İlham Əliyevin tapşırığına əsasən orta məktəblərin IX-XI sinif şagirdləri üçün Azərbaycanın bölgələrinə ekskursiya etmək imkanının yaradılması və bu gözəl təşəbbüsün uğurla reallaşdırılması hamımızın ürəyincədir. Maarifləndirici tur-aksiyada bizə Azərbaycanın bölgələri barədə daha ətraflı məlumatlar verilir, rayonlarımızın müasir siması ilə yaxından tanış oluruq. Eyni zamanda, tur-aksiya çərçivəsində özümüzə yeni dostlar qazanırıq”.

Fidan və Şəbnəm tur-aksiyadan zəngin təəssüratla geri dönəcəklərini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.