MƏDƏNİYYƏT


“Bölgənin sözü” layihəsinin icrasına başlanılıb

A+ A

Bakı, 3 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Oğuz rayonunda “Bölgənin sözü” adlı layihənin icrasına başlanılıb. Layihə əyalətdə yaşayan gənc yazarların tanıdılmasına xidmət edəcək.

Üç ay davam edəcək layihənin məqsədi Oğuz və Şəkidə yaşayan gənc yazarlar arasında əlaqəni gücləndirmək, onları oxucuya və ədəbi mühitə təqdim etməkdən ibarətdir.

Layihə çərçivəsində Oğuz və Şəki şəhərində tədbirlər keçiriləcək, “Bölgənin sözü” adlı almanax çap ediləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.