DÜNYA


Boliviyanın daxili işlər nazirinin müavini etirazçılar tərəfindən öldürülüb

A+ A

Bakı, 26 avqust, AZƏRTAC

Etiraz edən şaxtaçılar tərəfindən qaçırılan Boliviyanın daxili işlər nazirinin müavini Rodolfo İlyanes qətlə yetirilib. Bu barədə informasiya qurumun başçısı Karlos Romero tərəfindən təsdiqlənib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rodolfo İlyanesin öldürülməsi ilə bağlı ilk məlumat şaxtaçı kooperativlərinə məxsus “Fedecomin” radiosunun başçısı Moyses Flores tərəfindən səsləndirilib. Onun sözlərinə görə 3-cü etirazçının ölüm xəbəri gələndən sonra şaxtaçılar nazir müavininin üstünə atılıb və onu öldürüblər.

Bir qədər əvvəl Boliviya Daxili İşlər Nazirliyinin başçısı Karlos Romero şaxtaçıların nazir müavinini qaçırdığını və Rodolfo İlyanesin azad olunması müqabilində polis tərəfindən saxlanılan etirazçıların buraxılmasını tələb etdiklərini bildirib.

Xatırladaq ki, Boliviyada kooperativlər barədə yeni qanuna etiraz edən şaxtaçıların iki həftə bundan əvvəl başlayan aksiyasını dağıtmaq üçün polis bir neçə dəfə güc tətbiq etməyə məcbur olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.