DÜNYA


Bolqarıstan BMT-nin baş katibi postuna namizədini dəyişib

A+ A

Bakı, 28 sentyabr, AZƏRTAC

Bolqarıstanın Baş naziri Boyko Borisov avrokomissar Kristalina Georgiyevanın BMT-nin baş katibi postuna namizədliyinin irəli sürüldüyü barədə məlumat verib.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Georgiyeva bundan əvvəl Bolqarıstan hökuməti tərəfindən irəli sürülən namizədi - UNESCO-nun Baş direktoru İrina Bokovanı əvəz edəcək.

Bir qədər əvvəl Borisov Bolqarıstanın BMT-nin başçısı postuna keçirilən seçkilərdə aralıq səsverməsinin nəticəsinə görə birinci və ya ikinci yeri tutacağı təqdirdə Bokovanın namizədliyini dəstəkləyəcəyini bildirmişdi. Sentyabrın 26-da baş tutan səsvermənin nəticəsinə əsasən Bokova namizədlər arasında yalnız 6-cı yeri tuta bilib.

Xatırladaq ki, qurumun Baş katibi postuna seçkilər iyul ayında BMT-nin Təhlükəsizlik Şurasında başlayıb. Bağlı qapılar arxasında keçirilən seçkilər mərhələli şəkildə bir neçə ay davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.