Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Bolqarıstan Milli Radiosunun dinləyiciləri Azərbaycan mədəniyyəti haqqında məlumatlandırılıb

Bolqarıstan Milli Radiosunun dinləyiciləri Azərbaycan mədəniyyəti haqqında məlumatlandırılıb

Sofiya, 8 noyabr, AZƏRTAC

Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Bolqarıstan Milli Radiosuna (BNR) müsahibəsində ölkəmizin mədəniyyəti haqqında ətraflı məlumat verib.

Səfir Azərbaycanın sürətlə inkişaf edən ölkə, iqtisadi inkişaf, regional layihələrdə iştirak, multikulturalizm, tolerantlıq və universal dəyərlərin təşviqi üzrə qlobal təşəbbüslərə verdiyi töhfə baxımından bölgədə lider dövlət olduğunu qeyd edib.

Azərbaycanın Bolqarıstanı dost ölkə hesab etdiyini bildirən səfir ölkələrimiz arasında uğurlu əməkdaşlıq ənənələrinin mövcud olduğunu deyib. Bakının 1970-1980-ci illərdə bu şəhərə təhsil almağa gedən çoxlu sayda bolqarlar üçün ikinci ev olduğunu qeyd edən səfir Bolqarıstan vətəndaşları Marian Kolev və Mariana Vasilevanın Azərbaycan Gimnastika Federasiyasının baş məşqçiləri olduğunu xatırladıb. Diplomat iki xalqın qonaqpərvərlik, yenilikləri kəşf etmək marağı və digər oxşar cəhətlərinin olmasından danışıb. Diplomat Bakıda insanların qədim zamanlardan məskunlaşmasının, ilk növbədə, şəhərin coğrafi mövqeyi, Şimaldan Cənuba və Qərbdən Şərqə gedən nəqliyyat yollarının, İpək Yolunun qovuşuğunda yerləşməsi, iqlim və enerji resursları ilə izah edildiyini bildirib. O, Xəzər dənizinin mirvarisi olan Bakının Cənubi Qafqazda ən böyük ticarət, mədəniyyət və elmi mərkəz, Xəzərin ən böyük limanı olduğunu vurğulayıb. Səfir Bakının qədim memarlıq abidələri olan Şirvanşahlar sarayı, İçərişəhər, Qız qalası, Qobustan Milli Parkı, paytaxtın müasir rəmzlərindən sayılan “Alov Qüllələri”, Kristal Zalı, Heydər Əliyev Mərkəzi haqqında da danışıb.

Aparıcının Azərbaycan muzeyləri ilə bağlı sualını cavablandıran səfir ölkəmizdə muzeylərin qədim tarixə və xüsusi inkişaf mərhələlərinə malik olduğunu qeyd edib. O, hazırda Azərbaycanda 250 muzeyin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Diplomat Bakıda, həmçinin özünəməxsus muzeylərin – dünyada ilk Xalça Muzeyi, Ginnesin Rekordlar Kitabına düşmüş Miniatür Kitablar Muzeyinin mövcud olduğunu bildirib. Muzeylərin Azərbaycanın mədəniyyət siyasəti və diplomatiyasının vacib hissəsi olduğunu söyləyən səfir qeyd edib ki, 1993-cü ildə təsis edilmiş Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsi muzey işi sahəsində aktiv fəaliyyət göstərir. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi UNESCO ilə birgə beynəlxalq konfranslar, “dəyirmi masa”lar, seminarlar təşkil edir. Azərbaycan hökumətinin mədəniyyətin bütün sahələri, o cümlədən muzey işi və idarəçiliyi sahəsinə qayğısından bəhs edən səfir muzeylərin qorunması, konservasiyası ilə bağlı çoxlu qanun və proqramların qəbul edildiyini diqqətə çatdırıb.

Azərbaycanda şəxsi muzeylər barədə suala cavabında səfir bu gün əksər insanların rəqəmsal əşyalardan istifadə etməsinə baxmayaraq, kitabların ən məşhur maddi əşyalardan olduğunu deyib. N.Qurbanova Bakı Miniatür Kitab Muzeyində bütün kitabların oxunaqlı olduğunu, lakin bunun üçün xüsusi böyüdücü cihazlardan istifadəyə ehtiyac duyulduğunu söyləyib. O, həmin muzeyin dünyada miniatür kitablara həsr olunan yeganə şəxsi muzey olduğunu bildirib. Səfir muzeyin Zərifə Salahovanın şəxsi kolleksiyasından ibarət olduğunu qeyd edib.

Azərbaycan və Bolqarıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivlərinə toxunan səfir 2015-ci il martın 3-də dövlətlərimizin başçılarının müvafiq Bəyannamə imzalaması ilə hər iki ölkənin strateji tərəfdaş olduğunu vurğulayıb. O, ölkələrimizin bir çox sahələr, o cümlədən mədəniyyət sahəsində uğurlu əməkdaşlıq etdiyini, 2011-ci ildə mədəniyyət sahəsində hökumətlərarası Sazişin imzalandığını, cari ilin sentyabr ayında Hökumətlərarası Komissiyanın Bakıda keçirilmiş sonuncu iclasında mədəni məsələlərin də müzakirə olunduğunu, mədəniyyət günlərinin, konsertlərin, sərgilərin, milli mətbəxin təqdimatının keçirilməsi barədə razılığa gəlindiyini diqqətə çatdırıb.

Diplomat Bakı Slavyan Universitetində Bolqar Dili və Mədəniyyəti Mərkəzi və Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin mədəni əlaqələrin inkişafında xüsusi rolunu qeyd edib. N.Qurbanova cari ilin sentyabrında Azərbaycanın Bolqarıstandakı səfirliyi və Xaricdə Yaşayan Bolqarlar üzrə Dövlət Agentliyinin birgə “Müqəddəs Kiril və Mefodiy və bolqar-bizans mədəniyyət əlaqələri” adlı rəsmlər toplusunu Bolqar Dili və Mədəniyyəti Mərkəzinə hədiyyə etdiyini bildirib. O, mədəniyyət sahəsində əməkdaşlığın inkişafına digər bariz nümunə kimi Heydər Əliyev Fondu tərəfindən “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpasının maliyyələşdirilməsini qeyd edib. Səfir sentyabrın 22-də baş tutan açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın, Fondun vitse-prezidenti Leyla Əliyevanın, Bolqarıstanın Baş naziri Boyko Borisovun iştirak etdiyini xatırladıb. O bildirib ki, Balkanlarda səma altında ən böyük muzey olan bu qoruğun bərpası layihəsi Şərqi Avropada Azərbaycanın mədəniyyət sahəsinə qoyduğu ən böyük sərmayədir. Səfir, həmçinin əlavə edib ki, 2017-ci ildə ölkələrimiz diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd edəcək və bu çərçivədə Bolqarıstanda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi nəzərdə tutulub.

Müsahibə boyu Azərbaycanın məşhur bəstəkarlarının əsərləri səsləndirilib.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub

Qırğız Mədəniyyəti Günləri çərçivəsində Heydər Əliyev Mərkəzində sərgi açılıb

Özbəkistan media nümayəndələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb

ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır

Azərbaycan-Rusiya münasibətlərində yeni formatın konturları ŞƏRH

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB -2 VİDEO

Ali qonağın şərəfinə dövlət ziyafəti  YENİLƏNİB

Ərdoğan: Müdafiə sənayesinin inkişafı yolunda məhdudiyyətlər mövzusu gündəlikdən çıxarılmalıdır

ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub

Azərbaycanın diplomatik nümayəndəliyi “El País” qəzetində Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab verib

Qazaxın 4 kəndinin qaytarılması tariximizə növbəti Zəfər səhifəsi yazdı - RƏY

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub

Baş nazirin müavini: Azərbaycan hər zaman özünü etibarlı tərəfdaş kimi göstərib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ndə və 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 2001-ci il 7 noyabr tarixli 179 nömrəli, “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 622 nömrəli, “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel .tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanlı mütəxəssislər Beynəlxalq Kosmik Stansiyaya uçan ilk türk kosmonavtın elmi təcrübələri ilə maraqlanırlar

® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır

Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib

Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır

“Özbəkkosmos” kosmik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşıb

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

BDU-da Karyera Festivalı keçiriləcək

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Naxçıvanda mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti monitorinq edilib

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsi ilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatların nəticələri müzakirə olunub

Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir

Xüsusi nümayəndə: 2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək VİDEO

Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb

BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı

Azərbaycanın Özbəkistanla müdafiə sənayesi sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlər mövcuddur

Azərbaycan-Ermənistan sülh prosesi barədə ABŞ Konqresinin üzvlərinə məlumat verilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə AzTU-da yeni laboratoriya açılıb

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

® “Birbank Biznes”dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası

Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub

Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib

“Qarabağ” Abdullah Zubirin Fransa klubuna keçəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib

Mütəxəssis: Bəzi peyvəndlər ömürlük immunitet yaradır

Akademik İsa Həbibbəyli pakistanlı nizamişünas alimlə görüşüb

AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub VİDEO

İşğaldan azad edilmiş ərazilərdə tələ tipli partlayıcı qurğularla bağlı yeni görüntülər VİDEO

Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxanada 250-dən çox vətəndaşa xidmət göstərilib

Azərbaycanda rəqəmsallaşma və nəqliyyat sahəsində aktual məsələlər AYİB-lə müzakirə edilib

İordaniyanın Baş Prokurorluğu Azərbaycan Baş Prokurorluğunun müsbət təcrübəsinin öyrənilməsində maraqlıdır

Milli Aviasiya Akademiyasında Beynəlxalq Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş tədbir keçirilib

Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb

Azərbaycan-Macarıstan enerji İşçi qrupunun iclası keçirilib

DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb

Vəkillər Kollegiyası ilə “Femida Könüllüləri” Təşkilatı arasında Memorandum imzalanıb və “Legal Meetup” keçirilib

MDU-nun əməkdaşı Finlandiyada təlimlərdə iştirak edir

Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb

Bakı ötən il ən çox birbaşa xarici investisiya cəlb edən şəhərlərin siyahısında 3-cüdür

Milli Məclisin Elm və təhsil komitəsi iki qanun layihəsini plenar iclasa tövsiyə edib

Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək

AzMİU-da təhsil və sənayenin birləşdirilməsinə dair müzakirə aparılıb

Zəngilanın Ağalı kəndində uşağa qayğı ilə bağlı valideynlər üçün tədbir təşkil olunub