SİYASƏT


Bolqarıstan Prezidenti ilə görüşdə V Qlobal Bakı Forumuna hazırlıq məsələləri müzakirə edilib

A+ A

Bakı, 19 sentyabr, AZƏRTAC

Nyu-Yorkda keçirilən “Concordia” Sammiti çərçivəsində Bolqarıstan Prezidenti Rosen Plevneliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvlərini qəbul edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumciya və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov iştirak ediblər.

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti müzakirə edilib. Bu ilin noyabr ayında Bosniya və Herseqovinada bir sıra dövlət başçılarının, o cümlədən Bolqarıstan Prezidenti Rosen Plevneliyevin iştirakı ilə keçiriləcək Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin IX ali səviyyəli toplantısı ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Beşinci Qlobal Bakı Forumuna hazırlıq məqsədi daşıyan ali səviyyəli toplantının əhəmiyyəti vurğulanıb.

Daha sonra Bolqarıstan Prezidenti ilə V Qlobal Bakı Forumuna hazırlıq məsələləri və Forumun işini təşkil edəcək mövzular müzakirə edilib. Görüşdə, həmçinin bu gün dünyanı narahat edən qlobal problemlər, o cümlədən Avropanın gələcəyinə dair bir sıra məsələlər barədə müzakirələr aparılıb.

İki gün davam edəcək Sammit çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi üzvlərindən ibarət nümayəndə heyətinin digər rəsmi şəxslər və nüfuzlu siyasətçilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.