Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bolqarıstan ictimaiyyəti Azərbaycanın enerji, nəqliyyat imkanları barədə məlumatlandırılıb

Bolqarıstan ictimaiyyəti Azərbaycanın enerji, nəqliyyat imkanları barədə məlumatlandırılıb

Sofiya, 28 oktyabr, AZƏRTAC

Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova bu ölkənin nüfuzlu “Novinite” xəbər portalına müsahibə verib.

Energetika sahəsində əməkdaşlıq imkanlarından danışan səfir “Cənub” Qaz Dəhlizinin Xəzər dənizindən alternativ qaz ehtiyatlarını Avropaya nəql etməklə Avropa İttifaqı, o cümlədən Bolqarıstanın enerji təhlükəsizliyinin gücləndirilməsinə yönəlmiş, dünyada indiyədək layihələşdirilmiş ən mürəkkəb qaz nəqli infrastrukturundan biri olduğunu bildirib. Səfir 2020-ci ildən etibarən Azərbaycanın “Şahdəniz” qaz yatağı vasitəsilə Bolqarıstanı ildə bir milyard kubmetr qazla təchiz edəcəyinin nəzərdə tutulduğunu, bu qaz həcminin Bolqarıstan-Yunanıstan qaz birləşdirici kəməri vasitəsilə nəql ediləcəyini söyləyib. Diplomat əlavə edib ki, “Cənub” Qaz Dəhlizinin özəyini təşkil edən TAP və TANAP kəmərlərinin fiziki olaraq Bolqarıstan ərazisindən keçməməsinə baxmayaraq, Avropaya çıxış baxımından Bolqarıstan dəhlizin mühüm komponenti hesab olunur.

Azərbaycanın “Balkan” qaz qovşağı layihəsinə sərmayə qoyuluşunda maraqlı olması ilə bağlı sualı cavablandıran səfir Azərbaycan-Bolqarıstan münasibətlərində enerji sahəsində əməkdaşlığın inkişafının mühüm rol oynadığını, ölkəmizin Bolqarıstanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanı mühüm tərəfdaş görməsinin yüksək qiymətləndirildiyini bildirib. O, qarşılıqlı faydalı enerji tərəfdaşlığının inkişafında Azərbaycanın Bolqarıstanla əməkdaşlıq etməyə hazır olduğunu söyləyib. Diplomat deyib ki, SOCAR xarici tərəfdaşlarla enerji əməkdaşlığının möhkəmləndirilməsində Balkan regionunu əsas regionlardan biri kimi qiymətləndirir.

Jurnalistin nəqliyyat sahəsində əməkdaşlıq imkanları barədə sualına cavabında səfir deyib: “Azərbaycan Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin vacib iştirakçısı hesab edilir. Ölkə daxilində, eləcə də regionda müasir infrastrukturun yaradılmasında əldə etdiyi nailiyyətlər, hər iki beynəlxalq dəhlizin kəsişməsində əlverişli coğrafi mövqeyi, eləcə də Qara, Aralıq dənizlərinin və Fars körfəzinin dərin su limanlarına yaxınlığı, maliyyə dayanıqlılığından irəli gələrək böyük həcmdə sərmayə qoymaq imkanı, transregional layihələrin icrasında çoxtərəfli əməkdaşlıq təcrübəsi kimi amillər Azərbaycanı bu coğrafiyadakı bütün tranzit layihələrin əvəzolunmaz iştirakçısı kimi təsbit edib”. O, nəqliyyat sahəsinin ölkələrimiz arasında prioritet əməkdaşlıq sahəsi olduğunu, Azərbaycanın Bolqarıstan üçün Mərkəzi Asiya bazarlarına çıxış imkanı əldə etmək baxımından “qapı” rolunu oynadığını, Bolqarıstanın isə Azərbaycana Avropanın digər ölkələrinə çıxış əldə etməyə imkan yaratdığını qeyd edib.

Diplomat qeyd edib ki, Azərbaycan və Bolqarıstan arasında ticari-iqtisadi, elmi-texniki əməkdaşlıq haqqında komissiyanın Bakıda keçirilən 4-cü iclası nəqliyyat sahəsində əməkdaşlıq məsələlərinin müzakirəsi baxımından əlverişli platforma rolunu oynayır. Həmçinin iclas çərçivəsində Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı ilə Bolqarıstanın Limanlar İnfrastrukturu Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Sözügedən sənəd Bakı limanı ilə Bolqarıstanın Burqas və Varna limanları arasında əməkdaşlığın qurulmasını nəzərdə tutur. Səfir gələn il yol-nəqliyyat sahəsində ekspert görüşlərinin təşkil ediləcəyi barədə də məlumat verib.

İKT sahəsində əməkdaşlıq imkanları barədə danışan səfir Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il martın 3-5-də Bolqarıstana səfəri zamanı imzalan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamədə hər iki ölkənin İKT sahəsində əməkdaşlığın dərinləşməsi ilə bağlı niyyətlərinin təsbit olunduğunu və səfər çərçivəsində rabitə, informasiya texnologiyaları və elektron idarəçilik sahəsində əməkdaşlıq haqqında hökumətlərarası Sazişin imzalandığını xatırladıb.

N.Qurbanova sentyabrın 29-da Bakıda keçirilən Azərbaycan-Bolqarıstan biznes forumunda İKT sahəsi üzrə ixtisaslaşan bolqar şirkətlərinin Azərbaycan şirkətləri ilə faydalı danışıqlar apardığına ümid etdiyini bildirib. İclas çərçivəsində, həmçinin İKT sahəsində əməkdaşlıq imkanları barədə müzakirə aparıldığını vurğulayan səfir Bolqarıstan operatorlarının telekommunikasiya şəbəkələrinin Azərbaycan tərəfindən irəli sürülən və BMT-nin müvafiq qətnamələri vasitəsilə dəstəklənən Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinin tərkib hissəsi kimi istifadə edilməsi imkanı ətrafında fikir mübadiləsinin aparıldığını bildirib.

Müsahibədə, həmçinin bərpası Heydər Əliyev Fondu tərəfindən maliyyələşdirilən “Trapezitsa” Memarlıq Muzeyi Qoruğu barədə söhbət açılır. Bildirilir ki, Bolqarıstanın Veliko Tırnovo şəhərində yerləşən “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun sentyabrın 22-də keçirilmiş açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva, Bolqarıstanın Baş naziri Boyko Borisov, Veliko Tırnovo şəhərinin meri Daniel Panov və digər yüksək vəzifəli şəxslər iştirak ediblər.

Heydər Əliyev Fondu tərəfindən nəinki Azərbaycanda, eləcə də bütün dünyada mədəni irsin dəstəklənməsi ilə bağlı çoxsaylı layihələrin həyata keçirildiyini vurğulayan səfir “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpası layihəsindən yalnız iki ölkənin deyil, eləcə də buranı ziyarət edən turistlərin yararlanacağını diqqətə çatdırıb.

Səfir ölkələrimiz arasında kənd təsərrüfatı, turizm, təhsil, səhiyyə və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. O, həmçinin sentyabrın 29-30-da Bakıda keçirilmiş V Beynəlxalq Humanitar Forum barədə məlumat verərək xatırladıb ki, Bolqarıstanı tədbirdə vitse-prezident Marqarita Popovanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib. Səfər çərçivəsində vitse-prezident Azərbaycanın nüfuzlu ali təhsil ocaqlarından olan və bolqarşünaslıq fakültəsinin tədris edildiyi Bakı Slavyan Universitetinə, eləcə də universitet nəzdində fəaliyyət göstərən Bolqar Dili və Mədəniyyəti Mərkəzinə baş çəkib. Həmçinin BSU-da Azərbaycanın Bolqarıstandakı səfirliyinin və Xaricdə Yaşayan Bolqarlar üzrə Dövlət Agentliyinin dəstəyi ilə Bolqarıstanın slavyan dünyasına töhfəsini əks etdirən sərgi təşkil olunub.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Almaniyada əsgər çatışmır

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb VİDEO

“Qida Təhlükəsizliyi” Simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub