DÜNYA


Bolqarıstanda 7 min il yaşı olan yazılı lövhə tapılıb

A+ A

Sofiya, 26 avqust, AZƏRTAC

Bolqarıstanda arxeoloqlarından ibarət komanda ölkənin Riben kəndi ərazisində şumer və Misir əlyazmalarından daha qədim tarixi olan 7 min il yaşa malik yazılı lövhə tapıblar.

Tapılan gil lövhənin üzərində piktoqramlar və qrafik işarələr həkk olunub. Arxeoloqlar bunların yazının təməl bazasını təşkil etdiyini bildiriblər. Tarixi lövhə sentyabrın sonunda Pleven muzeyində təşkil ediləcək xüsusi sərgidə təqdim olunacaq.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.