MƏDƏNİYYƏT


Bolqarıstanda Azərbaycanın xalçaçılıq sənəti tanıdılır

Sofiya, 28 iyun, AZƏRTAC

Bolqarıstanın Kotel şəhərində açıq havada “Adət-ənənələrin canlı alovu” adlı festival keçirilib. Festivalda Bolqarıstandakı səfirliyimizin dəstəyi ilə Azərbaycan xalçaları nümayiş etdirilib, tədbir iştirakçıları xalçalarımızın xüsusiyyətləri barədə məlumatlandırılıb.

Ziyarətçilərin diqqətinə çatdırılıb ki, xalça istehsalı üzrə Azərbaycanın əsasən Bakı, Şirvan, Quba, Qarabağ, Gəncə və Qazax regionları ixtisaslaşıb, hər regionun xalçaları naxış, kompozisiya və rəng çalarlarına görə fərqlənir. Digər ölkələrin xalçalarından fərqli olaraq Azərbaycan xalçalarında ilmələrin daha sıx və daha çoxluğu onun “uzunömürlü” olmasını şərtləndirir.

Festivalda həmçinin Bolqarıstan, İran, Mərakeş və Cənubi Amerika regionunun xalçaları, eləcə də bu ölkədə yaşayan müxtəlif xalqların sənəti nümunələri, mətbəx, musiqi, rəqslər və milli geyimləri nümayiş etdirilib.

Festivalın açılışında Bolqarıstanın Xalq Məclisinin sədr müavini Tsveta Karayancheva iştirak edib.

Qeyd edək ki, xalçalarımız həmçinin Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Xalça Muzeyinin dəstəyi ilə ölkəmizin Bolqarıstandakı səfirliyi tərəfindən Sofiyada Bolqarıstan Elmlər Akademiyasının Etnoqrafiya və Folklor Araşdırmaları İnstitutunun etnoqrafiya muzeyində təşkil olunmuş və iyulun 30-dək davam edəcək “Əzəmət nümunələri – Azərbaycan xalq sənəti” adlı sərgidə də nümayiş etdirilir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.