DÜNYA


Bolqarıstanda Milad və Yeni il bayramları ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilir

Sofiya, 25 dekabr, AZƏRTAC

Bolqarıstanda Milad və Yeni il bayramları ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilir.

Ölkənin daxili işlər naziri Rumyana Bıçvarova ölkədə terror təhlükəsinin olmamasına baxmayaraq, Yeni il şənliklərinin keçirildiyi yerlərdə, sərhədboyu ərazilərdə, insanların daha çox toplaşdığı məkanlarda, Milad bayramı ilə əlaqədar təşkil olunan bazar və yarmarkalarda, ticarət mərkəzlərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə əmr imzalayıb.

Təhlükəsizlik tədbirləri ictimai nəqliyyatı, o cümlədən metro, hava limanları, diplomatik nümayəndəliklərin yerləşdiyi binaları da əhatə edəcək.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.