DÜNYA


Bolqarıstanda mədənçilərin etiraz aksiyası davam edir

A+ A

Sofiya, 12 oktyabr, AZƏRTAC

Bolqarıstanın “Babino” mədənində 115 işçi etiraz aksiyası keçirir. Etiraz əlaməti olaraq şaxtaçılar mədəndən bayıra çıxmırlar.

Etiraza səbəb 650 nəfərin işdən azad olunması və əmək haqlarının gecikdirilməsidir. Mədənçilərdən beş nəfəri səhhətinə görə aksiyada iştiraka son qoyub, digərləri gecəni mədəndə keçiriblər.

Etirazçılar bütün tələbləri yerinə yetirilənədək aksiyanı davam etdirəcəklərini bildiriblər.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.