DÜNYA


Bolqarıstanda prezident seçkilərinə start verilib [YENİLƏNİB]

A+ A

Sofiya, 6 noyabr, AZƏRTAC

Noyabrın 6-da Bolqarıstanda prezident seçkilərinə start verilib. Ölkə üzrə 12 min 249 seçki məntəqəsi açılıb. 6,8 milyon nəfər səsvermə hüququna malikdir. Birinci dəfədir ki, seçkidə səs vermək məcburidir. İyirmi bir namizədin iştirak etdiyi seçkiləri 2 min müşahidəçi izləyir. İlkin nəticələr saat 20:00-dan sonra məlum olacaq.

Əsas rəqabət GERB partiyasının üzvü, Bolqarıstan parlamentinin spikeri Tsetska Tsaçeva, hava qüvvələrinin sabiq komandiri, Bolqarıstan Sosialist Partiyasının üzvü Rumen Radev və millətçi Krasimir Karakaçanov arasında gedir. Bolqarıstanın hazırkı prezidenti Rosen Plevneliev seçkilərdə iştirak etmir.

Ekspertlərin fikrincə, namizədlərin heç biri birinci turda qələbə qazana bilməyəcək. Buna görə də noyabrın 13-də seçkilərin ikinci turunun keçirilməsi mümkündür.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.