DÜNYA


Bolqarıstanda qaz sızmasına görə Nikolayev şəhərinin əhalisinin bir hissəsi evakuasiya edilib

A+ A

Bakı, 17 avqust, AZƏRTAC 

Bolqarıstanın mərkəzində güclü qaz sızmasına görə Nikolayev şəhərinin əhalisinin bir hissəsi evakuasiya edilib.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, sızma təbii qaz sisternləri olan anbarda baş verib. Yerli hökumət anbarın dəmir yolu xəttinin yaxınlığında yerləşməsindən ehtiyat edir.

Görülən tədbirlər nəticəsində qaz sızmasının qarşısı alınsa da, partlayış təhlükəsinin hələ də qaldığı bildirilir.

Təhlükəsizlik baxımından şəhərdə elektrik verilişi dayandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.