Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bolqarıstanda yayımlanan “Bloomberg” televiziyasında Azərbaycanın iqtisadi nailiyyətlərindən danışılıb VİDEO

Sofiya, 18 yanvar, AZƏRTAC

Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova ölkələrimiz arasında diplomatik əlaqələrin 25 illiyi ilə bağlı “Bloomberg TV Bulgaria” televiziya kanalına müsahibə verib. Müsahibə kanalın rəsmi internet səhifəsində “Enerji Bolqarıstan ilə Azərbaycan arasında mövcud əlaqələrin əsasını təşkil edir” sərlövhəsi ilə yerləşdirilib.

Səfir Azərbaycan ilə Bolqarıstan arasında diplomatik əlaqələrin qurulmasından keçən 25 illik dövrü ikitərəfli əməkdaşlığın inkişafı baxımından yüksək qiymətləndirib. Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana səfəri zamanı 2015-ci il martın 4-də imzalanmış Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməyə istinad edərək ölkəmiz tərəfindən Bolqarıstanın Avropa İttifaqı və NATO-ya üzv dövlətlər arasında strateji tərəfdaş kimi qəbul edildiyini söyləyib. O, sözügedən Birgə Bəyannamənin Azərbaycan və Bolqarıstan arasında yüksək səviyyədə strateji dialoq formatını təsis etdiyini vurğulayıb. İki ölkə arasında çoxsaylı yüksək səviyyəli səfərlərin həyata keçirildiyini və 50-dən çox sənədi əks etdirən geniş hüquqi bazanın mövcud olduğunu bildirən diplomat yüksək səviyyəli siyasi əlaqələrin iqtisadi əməkdaşlıq üçün də böyük imkanlar açdığını diqqətə çatdırıb.

Səfir 2016-cı ildə Azərbaycan-Bolqarıstan ticarət dövriyyəsinin həcminin ötən ilə nisbətdə 2 dəfə artdığını qeyd edib, 2016-cı ilin sentyabrında Bakıda keçirilən Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyasının 4-cü iclasını iki ölkə arasında enerji, ticarət, sənaye, kənd təsərrüfatı, İKT və digər sahələrdə dialoqun təşviqi baxımından əlamətdar hadisə kimi qiymətləndirib. Azərbaycanın İKT sahəsində əldə etdiyi nailiyyətlərdən bəhs edən N.Qurbanova peyk xidmətləri, e-hökumət sahəsində iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinin mümkünlüyünü diqqətə çatdırıb. O, Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsində Bolqarıstanın iştirakı imkanlarına da toxunub. Diplomat, həmçinin iki ölkə arasında enerji sahəsində əməkdaşlıqdan da bəhs edib.

Yaxın zamanda Azərbaycan ilə Avropa İttifaqı arasında bərabərhüquqlu əsasda və birgə maraqlara söykənən strateji tərəfdaşlıq sazişi layihəsi üzrə danışıqların başlanacağını qeyd edən N.Qurbanova 2018-ci ilin birinci yarısında Avropa İttifaqı Şurasına sədrlik edəcək Bolqarıstanın bu məsələdə dəstəyinə ümidini ifadə edib.

Müsahibə zamanı aparıcı dünya bazarlarında neftin qiymətinin aşağı düşməsinin Azərbaycan iqtisadiyyatına təsirinə toxunaraq Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) ölkə büdcəsinə transfertlərin həyata keçirildiyini qeyd edib və bu transfertlərin davamlı olub-olmayacağını soruşub. Səfir ARDNF tərəfindən ölkə büdcəsinə olan köçürmələrin Fondun əsas məqsədlərindən biri olduğunu və bunun qurumun əsasnaməsində də əks olunduğunu bildirib. Diplomat dünya bazarında neftin qiymətinin yüksək olduğu dövrdə ARDNF-in enerji ehtiyatlarından əldə edilmiş gəlirləri toplamağa müvəffəq olduğunu və hazırda bu vəsaitin təqribən 33 milyard ABŞ dolları təşkil etdiyini diqqətə çatdırıb. Səfir deyib ki, hazırkı dövrdə Azərbaycan iqtisadiyyatı dayanıqlılığını və mövcud iqtisadi çətinliklərə hazır olduğunu nümayiş etdirir. Ölkənin makroiqtisadi və maliyyə sabitliyinin qorunması baxımından ARDNF tərəfindən büdcəyə köçürülən transfertlər böyük rol oynayır. Buna baxmayaraq, ölkə iqtisadiyyatının enerji sektorundan asılılığının azaldılması istiqamətində hökumət tərəfindən əməli addımlar atılır və bu addımlar öz bəhrəsini verməyə başlayıb. Bu məqsədlə, struktur, institusional, maliyyə və digər islahatlar həyata keçirilir, milli iqtisadiyyat və onun aparıcı sektorlarının inkişafı üzrə Strateji Yol Xəritəsi qəbul edilib.

TANAP layihəsinin hazırkı vəziyyəti və “Türk axını” layihəsinin ona rəqib olub-olmayacağı barədə suala cavabında səfir deyib ki, “TANAP” dünyanın ən mürəkkəb qaz nəqli layihələrindən biridir və “Cənub” qaz dəhlizinin tərkib hissəsidir. Bu layihə Avropanı Xəzər hövzəsində hasil edilən alternativ qaz həcmləri ilə təmin etməklə onun enerji təhlükəsizliyinə töhfə verəcək. “Cənub” qaz dəhlizinin bütün tərkib hissələri, o cümlədən TANAP üzrə intensiv iş aparılır. TANAP vasitəsilə nəql ediləcək 16 milyard kubmetr qazın satılması və nəqli ilə bağlı bütün müqavilələrin artıq imzalandığını qeyd edən səfir bu baxımdan “Türk axını” layihəsinin TANAP-a rəqib olmadığını bildirib. Son dövrdə “Cənub” qaz dəhlizinə digər enerji istehsalçıları və alıcılarının marağının artdığının müşahidə olunduğunu bildirən səfir bu amilin gələcəkdə TANAP kəmərinin ötürücülük qabiliyyətinin 31 milyard kubmetrədək artırılmasına zəmin yaratdığını qeyd edib. Diplomat bu xüsusda Bolqarıstanın tək alıcı deyil, həm də Azərbaycan qazının digər Avropa ölkələrinə nəql edilməsi uçun vacib tranzit ölkə kimi nəzərdən keçirildiyini vurğuladı.

Qeyd edək ki, maliyyə və iqtisadi xəbərlər sahəsində qlobal lider olan “Bloomberg Television” ilə Bolqarıstanın “Bulgaria ON AIR” telekanalı arasında 2013-cü ildən etibarən mövcud olan əməkdaşlığın növbəti mərhələsi kimi 2015-ci ildə təsis edilmiş “Bloomberg TV Bulgaria” Bolqarıstanın və dünyanın iqtisadi və maliyyə xəbərlərini, biznes sektorunun müxtəlif mövzularını əhatə edən, bolqar dilində yayımlanan televiziya kanalıdır. Bu telekanalın proqramları Bolqarıstan ərazisində mövcud bütün kabel və peyk televiziya operatorları vasitəsilə, eləcə də www.bloombergtv.bg internet səhifəsində onlayn rejimdə yayımlanır.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

Bolqarıstanda yayımlanan “Bloomberg” televiziyasında Azərbaycanın iqtisadi nailiyyətlərindən danışılıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib