Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bolqarıstanın İqtisadiyyat Akademiyasının kollektivi ulu öndər Heydər Əliyevin fəaliyyəti barədə məlumatlandırılıb

Buxarest, 10 may, AZƏRTAC

Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Dimitr Apostolov Tsenov adına İqtisadiyyat Akademiyasının rektoru İvan Marçevskinin dəvəti ilə Bolqarıstanın Sviştov şəhərinə səfər edib. Səfər çərçivəsində səfir İ.Marçevski, Sviştov şəhərinin meri Qenço Qençev, Sviştov şəhərinin Bələdiyyə Şurasının sədri Kristian Kirilov ilə görüşlər keçirib və Bolqarıstanın üçüncü ən böyük universiteti olan Apostolov Tsenov adına İqtisadiyyat Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən mühazirə ilə çıxış edib.

Mühazirə çərçivəsində, həmçinin Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində Bakı Slavyan Universitetinin (BSU) Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyevin kəlamları” kitabının təqdimatı keçirilib.

İ.Marçevski ilə görüşdə N.Qurbanova ölkələrimiz arasında uğurla inkişaf edən əlaqələrdən söz açaraq cari ilin ikitərəfli münasibətlərdə əlamətdar olduğunu vurğulayıb. O, bu il Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünün qeyd edildiyini diqqətə çatdırıb.

Səfir iki ölkə arasında siyasi, iqtisadi, mədəni əlaqələrlə yanaşı, təhsil sahəsində də əməkdaşlığın inkişaf etməsindən məmnunluğunu bildirib.

İ.Marçevski rəhbərlik etdiyi ali təhsil ocağının tarixi və fəaliyyəti barədə məlumat verib. O, akademiyanın Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə əməkdaşlıq haqqında saziş imzaladığını, cari ildə ADAU ilə birgə Avropa İttifaqının “Erasmus” proqramı çərçivəsində mübadilə proqramına müraciət edildiyini xatırladıb. Rektor Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıqda, rəhbərlik etdiyi akademiyaya azərbaycanlı tələbələrin cəlb edilməsində maraqlı olduğunu söyləyib. Səfir Azərbaycan və Bolqarıstan universitetləri arasında əməkdaşlığın genişləndirilməsinin ikitərəfli münasibətlərə töhfə verəcəyini bildirib.

Daha sonra səfir akademiyanın tələbə və akademik heyəti qarşısında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən mühazirə ilə çıxış edib.

Müsəlman şərqində ilk dünyəvi, demokratik dövlətin 1918-ci ildə Azərbaycanda yaradıldığını, XX əsrin sonunda Azərbaycanın ikinci dəfə müstəqillik bayrağını qaldırdığını bildirən diplomat 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunması haqqında Konstitusiya qanununun qəbul olunduğunu diqqətə çatdırıb.

Müstəqilliyimizin ilk illərində Azərbaycanın çətin iqtisadi vəziyyətlə, vətəndaş müharibəsi təhlükəsi ilə üzləşdiyini qeyd edən N.Qurbanova bu vəziyyətin Ermənistanın Azərbaycana qarşı təcavüzü, Azərbaycan ərazilərinin 20 faizinin işğalı və bir milyondan çox insanın öz doğma yurdlarından didərgin düşməsi ilə daha da ağırlaşdığını söyləyib. O, ölkənin belə çətin vəziyyətdə güclü bir rəhbərə ehtiyac duyduğunu, bu baxımdan 1993-cü ilin Azərbaycan xalqının tarixində dönüş ili olduğunu, həmin il ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan tarixində inkişaf və sabitlik dövrünün başlandığını, onun hakimiyyətdə olduğu illərdə Azərbaycanın bütün istiqamətlər üzrə çox böyük uğurlara imza atıldığını qeyd edib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkənin gələcək inkişafının istiqamətlərini müəyyən edən strateji qərarlar qəbul edildi. Azərbaycanın bazar iqtisadiyyatına malik müasir demokratik ölkəyə transformasiyası yolunda geniş siyasi və iqtisadi islahatlar həyata keçirildi.

Səfir hazırda ümummilli lider Heydər Əliyevin siyasi kursunun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. O qeyd edib ki, həyata keçirilən uğurlu daxili və xarici siyasət Azərbaycanı Cənubi Qafqazın lider ölkəsinə çevirib. N.Qurbanova nəhəng nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın regionda bütün tranzit layihələrin əvəzolunmaz iştirakçısı olduğunu bildirib.

Diplomat Azərbaycanın müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq və qarşılıqlı anlaşma şəraitində yaşadığı ölkə kimi tanınması, ölkəmizdə multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsi barədə də məlumat verib. O, Azərbaycanda tolerantlıq mühiti hər zaman ən yüksək səviyyədə olduğu üçün ölkəmizdə multikulturalizm, millətlər və dinlər arasındakı münasibətlərə, dialoqa həsr edilmiş beynəlxalq səviyyəli bir çox tədbirlər keçirildiyini deyib.

Azərbaycan-Bolqarıstan əməkdaşlığından danışan səfir əlaqələrin bütün sahələrdə - siyasi, iqtisadi, mədəni və s. sahələrdə uğurla inkişaf etdiyini bildirib.

Heydər Əliyev Fondunun dəstəyi ilə Bolqarıstanın Veliko Tırnovo şəhərində “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpa olunmasının ikitərəfli mədəni əlaqələrə yeni töhfə verdiyini vurğulayan səfir bu layihənin Heydər Əliyev Fondunun Cənub-Şərqi Avropada mədəniyyət sahəsində ən böyük sərmayəsi olduğunu diqqətə çatdırıb. O, həmçinin Bakı Slavyan Universitetində fəaliyyət göstərən Bolqar Dili və Mədəniyyəti Mərkəzi, bolqarşünaslıq ixtisası üzrə 50 tələbənin təhsil alması barədə məlumat verib. Diplomat, həmçinin 2013-cü ildən Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyətə başladığı barədə məlumat verərək bu mərkəzlərin ölkələrimiz arasında mədəni əlaqələrin genişlənməsinə töhfə verdiyini söyləyib. N.Qurbanova universitetin müəllim heyəti tərəfindən bolqar dilinə tərcümə edilmiş və Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin müdiri Sofiya Şıqayeva-Mitreskanın redaktorluğu ilə çap olunmuş “Heydər Əliyevin kəlamları” kitabı barədə tədbir iştirakçılarına məlumat verib.

Mühazirənin sonunda N.Qurbanova universitetin tələbə və müəllim heyətinin ölkəmizin iqtisadi inkişafı, beynəlxalq əməkdaşlığı, enerji siyasəti barədə suallarını cavablandırıb, iştirakçılara “Heydər Əliyevin kəlamları” kitabları hədiyyə olunub.

Səfər Bolqarıstan KİV-lərində geniş işıqlandırılıb.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar