İQTİSADİYYAT


Bolqarıstanın Limanlar İnfrastrukturu Şirkətinin baş direktoru Bakı Limanı ilə tanış olub

A+ A

Bakı, 28 sentyabr, AZƏRTAC

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı beynəlxalq əlaqələrini genişləndirməyə davam edir.

Limandan AZƏRTAC-a bildirilib ki, bu gün Bolqarıstanın Limanlar İnfrastrukturu Şirkətinin baş direktoru Anquel Zabourtov Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanına səfər edib.

Qonağa Avrasiya nəqliyyat və logistika şəbəkəsində mühüm rol oynayan yeni Bakı Limanının yük aşırma imkanları, yüklərin çeşidi və yaradılacaq Ələt Azad Ticarət Zonasının potensialı barədə məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.