İQTİSADİYYAT
“Bookmate” istifadəçilərinin sayı 11 mini ötüb
Bakı, 20 noyabr, AZƏRTAC
“Azercell Telekom” MMC-nin ötən ilin noyabrında mütaliəsevərlər üçün təqdim etdiyi “Bookmate” layihəsindən yararlanan abunəçilərin sayı 11 mini ötüb. Ümumilikdə isə il ərzində 40 minədək insan “Bookmate” əlavəsindən istifadə edib.
“Bookmate” minlərlə kitabı elektron cihaz üzərindən oxumaq üçün yaradılmış mobil tətbiqdir. Bu xidmət telefon, planşet və kompüterdə maraqlı əsərləri tapıb oxumağın ən rahat üsuludur. “Azercell”in güzəştli qiymətlə təqdim etdiyi mobil kitabxanada 600 mindən çox kitaba çıxış təmin olunub. “Bookmate” mobil kitabxanasına gündəlik cəmi 15 qəpik ödəməklə oxucular yalnız xarici ədəbiyyat deyil, azərbaycanlı müəlliflərin əsərləri ilə də tanış ola bilərlər. Eyni zamanda, aylıq 3,5 manat ödəyərək “Bookmate” vasitəsilə istənilən kitabı oxumaq və şəxsi kitabxanaya əlavə etmək mümkündür. Əlavəni yükləyən hər yeni abunəçi “Bookmate”dən həftə ərzində pulsuz istifadə etmək imkanı qazanır. Qeyd edək ki, danışıq balansından ödəniş imkanı abunəçilər üçün vaxt itirmədən, heç bir kredit kartından istifadə etmədən elektron kitabxanadan rahat şəkildə yararlanmaq imkanı verir. Xidmətin əsas üstünlüklərindən biri də “Bookmate” kitabxanasında kitab oxumaq üçün daimi internetə ehtiyacın olmamasıdır. Çünki yüklənən kitabı istənilən vaxt, istənilən yerdə, məsələn, metroda və təyyarədə oxumaq mümkündür. Həmçinin əlinizin altında olan cihazın – telefon, planşet və ya kompüter olmasının fərqi yoxdur. Çünki kitab cihaza yox, şəxsi kitabxanaya əlavə edilir.
Qeyd edək ki, “Bookmate” “Android”, “iOS” əməliyyat sistemləri üzərindən işləyir. Bundan əlavə, www.bookmate.com saytına da daxil olmaqla abunəçilər kitabları oxuya və ya öz mobil cihazlarına əlavə edə bilərlər. Xidmət haqqında ətraflı məlumatı və qoşulma qaydalarını www.azercell.com/bookmate səhifəsindən əldə etmək mümkündür.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət etmək olar.