SİYASƏT


“Borçalı İrəli" İctimai Birliyi ermənilərin Dağlıq Qarabağdakı təxribatlarını qətiyyətlə pisləyir

Tbilisi, 6 iyul, AZƏRTAC

“Borçalı” İctimai Birliyi işğalçı Ermənistan ordusunun iyulun 4-də Füzuli rayonu ərazisində törətdiyi təxribat və qanlı cinayətlərlə əlaqədar bəyanat yayıb.

Bəyanatda deyilir: “Borçalı” İB işğalçı Ermənistan ordusunun 2017-ci il iyulun 4-də cəbhə xəttində yaratdıqları təxribatı zamanı mülki əhalinin həlak olmasını qətiyyətlə pisləyir, bunu Ermənistanın Azərbaycan ərazilərinin işğalının davam etdirmək, sülh siyasətinə, eləcə də, Cənubi Qafqazda sülhü və sabitliyi təhlükə altına salmaq cəhdi kimi qəbul edir və bu addıma qəti etirazını bildirir.

İyulun 4-də ermənilərin cəbhə xəttində törətdiyi təxribatın bir daha gürcü ictimaiyyətinə çatdırıldığı bəyanatda bildirilir ki, cəbhədə baş vermiş qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi və işğalçı siyasi rəhbərliyinin üzərinə düşür.

XX əsrin sonlarında Azərbaycanın tarixi, dədə-baba torpağı, ayrılmaz və tərkib hissəsi olan Dağlıq Qarabağda, eləcə də, 1992-ci-il fevralın 26-da Ermənistan ordusu tərəfindən Xocalıda insanlığa yaraşmayan soyqırımı törədildi.

Biz, bütün dünyada yaşayan azərbaycanlı gənclər hər zaman yaşadığımız ölkələrdə Dağlıq Qarabağda, eləcə də, Xocalıda törədilmiş terroru və soyqırımı dünya ictimaiyyətinə çatdıraraq gələcəkdə bu kimi hadisələrin – işğalçılığın, soyqırımının təkrarlanmasının, uşaqların və mülki şəxslərin qətlə yetirilməsinin əleyhinə olduğumuzu bəyan etmişik.

XXI əsr 2017-ci ilin bəşər tarixinin qloballaşan bir dövründə iki yaşlı uşağın və mülki şəxslərin öldürüldüyünü gördüyümüzdə ikinci dəfə Xocalı soyqırımını yaşamış olduq. ATƏT-in Minsk qrupunun həmsədrləri, bu quruma üzv olan ölkələr, eləcə də, vasitəçilik missiyasını daşıyanlar bu məsələyə kəskin münasibət bildirməlidirlər. AŞPA və beynəlxalq qurumlarda insan hüquq və azadlıqları, uşaq hüquqlarının, eləcə də demokratiya və söz azadlığının müdafiəsinə qalxanlar, erməni qəsbkarlarının törətdiyi vəhşiliyə, iki yaşılı uşağın və mülki şəxslərin qətlə yetirilməsinə yenə də laqeyd yanaşırlar. Bu cür ikili siyasətin nəticəsidir ki, ermənilərin Qarabağ müharibəsində dinc insanlara, xüsusilə uşaqlara qarşı törətdiyi vəhşiliklər atəşkəs dövründə də davam edir. Cəbhəyanı ərazilərdə yaşayan insanların, xüsusilə körpə uşaqların həyatı üçün ciddi təhlükə yaranır, bəzi hallarda isə onlar həlak olurlar.

Biz Gürcüstanda yaşayan azərbaycanlı gənclər işğalçı Ermənistanı atəşkəs rejimini pozmamağa və işğal etdikləri Azərbaycan torpaqlarını qeyri şərtsiz azad etməyi tələb edirik və beynəlxalq ictimaiyyətə də bizim tələbimizi dəstəkləməyə dəvət edirik.

Biz Gürcüstanda yaşayan azərbaycanlı gənclər hər zaman dünyada və regiondakı işğalçılığı qınayır Azərbaycanın işğal edilmiş 20 faiz torpaqlarının sülh yolu ilə azad olunacağı günü gözləyirik”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.