İQTİSADİYYAT
Borclu vergi ödəyicilərinin əmlakı siyahıya alınıb
Vergilər Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Göygöl rayonunun Quşqara kəndində yerləşən, fiziki şəxs Şərqiyyə Qocayevaya məxsus “Arzu” mebel mağazasının fəaliyyəti araşdırılarkən onun 4247 manat məbləğində vergi borcunun yarandığı müəyyən edilib. Bununla bağlı vergi ödəyicisinə bildiriş göndərilsə də, borc məbləği qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilməyib. Yaranmış borcun ödənilməsini təmin etmək məqsədilə obyektdəki əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb, 5000 manat dəyərində mebel və avadanlıq müvafiq qaydada siyahıya alınıb.
Gəncə şəhərinin Nizami küçəsində yerləşən, fiziki şəxs Şahin Məmmədova məxsus elektrik malları mağazasında əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib. 1044 manat vergi borcu müqabilində 540 manat məbləğində əmlak siyahıya alınıb.
Gəncə şəhərinin N. Nərimanov küçəsi, ev 420A-da yerləşən, fiziki şəxs Kamil Mahmudova məxsus ərzaq mağazasında da əmlakın siyahıya alınması zamanı vergi ödəyicisinin 1074 manat məbləğində borcunun təmin edilməsi məqsədilə obyektdəki 1100 manat dəyərində ərzaq məhsulları müvafiq qaydada siyahıya alınıb.