İQTİSADİYYAT


Borclu vergi ödəyicilərinin əmlakı siyahıya alınıb

A+ A

Bakı, 28 sentyabr, AZƏRTAC

Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti paytaxtın müxtəlif rayonlarında fəaliyyət göstərən bir sıra borclu vergi ödəyicilərində əmlakın siyahıya alınması tədbirləri keçirib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Nizami rayonu, B.Çobanzadə küçəsi, məhəllə 2403 ünvanda yerləşən “Emin-N” MMC-yə məxsus “Golden ring” şadlıq sarayının fəaliyyəti araşdırılarkən, onun 92 min 991 manat vergi borcunun olduğu müəyyən edilib.

Vergi ödəyicisinə borcun ödənilməsi barədə bildiriş göndərilsə də, borc qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilmədiyindən, Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən, vergi borcunun ödənilməsini təmin etmək məqsədilə əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb və obyektdəki 38 min 900 manat məbləğində mebel və məişət avadanlıqları müvafiq qaydada siyahıya alınıb.

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi, ev 5A ünvanda yerləşən fiziki şəxs Quliyev Rüfət Faiq oğluna məxsus “Xoşbəxtlik” şadlıq evinin də 58 min 344 manat vergi borcunun ödənilməsini təmin etmək məqsədilə əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb və obyektdəki 24 min 250 manat dəyərində mebel və məişət avadanlıqları siyahıya alınıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.