DÜNYA


Boris Conson Britaniyanın xarici işlər naziri təyin olunub

London, 13 iyul, AZƏRTAC

Londonun keçmiş meri və “Brexit”in əsas tərəfdarlarından olan Boris Conson iyulun 13-də Britaniyanın xarici işlər naziri təyin edilib.

Kraliça II Elizabet keçmiş mer Boris Consonun xarici işlər naziri postuna təyinatını təsdiqləyib.

Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı bütün işlər yeni xarici işlər nazirinə həvalə edilib.

Boris Conson Britaniya tarixində ən qeyri-adi siyasətçi kimi tanınır. Belə ki, o, 2008 və 2012-ci illərdə Londonun meri seçilib. 2016-cı ildə keçiriləcək seçkilərdən isə imtina edib. Britaniyanın Baş naziri postuna əsas namizədlərdən olan siyasətçi son anda bu qərarını da dəyişib.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.