DÜNYA


Boris Conson: Brüssel “Brexit” üzrə danışıqlarda çirkli oyunlar aparacaq

Bakı, 13 may, AZƏRTAC

Brüssel Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxmasının şərtləri barədə Londonla danışıqların gedişində çirkli oyunlar aparmağa hazırlaşır. Bu barədə Böyük Britaniyanın xarici işlər naziri Boris Consonun “The Telegraph” qəzetində dərc olunan müsahibəsində deyilir.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bundan başqa, Conson Britaniyanın Brüsselə həcmi 80 milyard funt sterlinqə (103 milyard dollar) çata biləcək təzminatı ödəmədən Aİ-nin tərkibindən çıxmaq hüququnun olduğunu bildirib.

“Financial Times” qəzetinin məlumatına əsasən, Avropa İttifaqı “Brexit” üzrə danışıqlar çərçivəsində Böyük Britaniyadan 100 milyard avro (110 milyard dollara yaxın) tələb edib. Aİ-nin danışıqlar üzrə nümayəndəsi Mişel Barnyö Avropa Komissiyasının hüquqi zəmanətini təqdim edərkən Brüsselin Birləşmiş Krallığı ittifaqdan çıxdığı üçün cəzalandırmaq niyyətinin olmadığını və ortaya heç bir xüsusi hesab qoymayacağını, lakin Londonun “Aİ qarşısında bütün maliyyə öhdəliklərini yerinə yetirməli” olduğunu bildirib.

Xatırladaq ki, Avropa İttifaqı ölkələri liderlərinin aprelin 29-da Brüsseldə keçirilən sammitində “Brexit” üzrə danışıqların strategiyası qəbul edilib. Onlar əvvəlcə Krallığın Aİ-nin tərkibindən çıxması ilə bağlı əsas məsələləri yoluna qoymaq, yalnız bundan sonra gələcək əməkdaşlıq münasibətlərinin formatını müzakirə etmək barədə razılığa gəliblər.

İkiillik danışıqlar prosesi Böyük Britaniyada iyunun 8-də keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra başlayacaq. Birləşmiş Krallığın Baş naziri Tereza Meyin fikrincə, parlament seçkiləri “tori”nin mövqeyini gücləndirməli və Brüssellə danışıqlarda ona daha çox sərbəstlik verməlidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.