SİYASƏT


Boris Tadiç: Azərbaycan Cənubi Qafqazda açar rolunu oynayır

Bakı, 19 mart, AZƏRTAC 

Azərbaycan Cənubi Qafqazda açar rolunu oynayır. Hazırda bu ölkənin təşəbbüsü ilə bir sıra irimiqyaslı layihələr həyata keçirilməkdədir. Azərbaycanda müxtəlif dinlərə məxsus insanların ibadət etməsi üçün sinaqoq, kilsə və məscidlərin mövcudluğu ölkənizin bütün dinlərə hörmətlə yanaşdığını bir daha nümayiş etdirir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Beşinci Qlobal Bakı Forumunun iştirakçısı, Serbiyanın sabiq Prezidenti Boris Tadiç deyib.

İldən-ilə Forumun əhəmiyyətinin artdığını, əhatə dairəsinin genişləndiyini vurğulayan sabiq prezident mühüm məsələlərin müzakirəsi, səmərəli dialoqun qurulması baxımından bu tədbirin önəmini xüsusi qeyd edib.

Ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimləndiyini deyən Boris Tadiç belə bir mötəbər tədbirdə müxtəlif dövlətlərin hazırkı və sabiq prezidentlərinin iştirakının Azərbaycanın həm də həmin ölkələrlə əlaqələrinin inkişafına mühüm töhfə verəcəyini bildirərək deyib: “Azərbaycanın Avropa İttifaqında istər siyasi, istərsə də mədəni sahələrdə sadiq dostları mövcuddur. Ölkənizin hər bir azərbaycanlının fəxr edə biləcəyi qədim tarixi, zəngin mədəniyyəti, incəsənəti, adət-ənənələri var. Azərbaycan iqtisadiyyatı və əməkdaşlığa yönəlmiş səyləri ilə digər ölkələr üçün gözəl nümunədir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.