İDMAN


“Borussiya” klubunun yeni kapitanı müəyyənləşib

A+ A

Bakı, 15 iyul, AZƏRTAC

“Borussiya” futbol klubunun yeni kapitanı bəlli olub.

AZƏRTAC xəbər verir ki, Dortmund təmsilçisini yeni mövsümdən meydana kapitan sarğısı ilə Marko Roys çıxaracaq. Sabiq kapitan Mats Hummelsin “Bavariya”ya gedişindən sonra kapitanlıq sarğısı Roysa həvalə olunub.

Qeyd edək ki, zədə səbəbindən "Avro-2016"dan kənarda qalan Almaniya millisinin üzvü ötən mövsüm Bundesliqada keçirdiyi 26 oyunda 12 qol vurub və 3 məhsuldar ötürmə verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.