İDMAN


“Borussiya” yeni baş məşqçisinin adını rəsmən açıqlayıb

Bakı, 7 iyun, AZƏRTAC

“Borussiya” futbol klubu yeni baş məşqçisinin adını rəsmən açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Dortmund klubunun yaydığı xəbərə görə, bu vəzifəyə Peter Bos təyin edilib. Onunla 2 illik müqavilə imzalanıb.

Peter Bos ötən mövsüm “Ayaks”ı çalışdırıb və komandanı Avropa liqasının finalına qədər daşıyıb. “Borussiya” “Ayaks”a 3 milyon avro təzminat ödəyəcək. Bosun özü isə 4 milyon avro məvacib alacaq.

Xatırladaq ki, Tuxelin gedişindən sonra komandaya Lüsyen Favrın gəlişi söylənilsə də “Nitsa” onu buraxmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.