ELM VƏ TEXNOLOGİYA


Bosfor Krallığına aid sədd aşkar edilib

A+ A

Bakı, 17 avqust, AZƏRTAC 

Rusiya Elmlər Akademiyasının Arxeologiya İnstitutunun alimləri “Krasnodar vilayəti – Krım” marşrutu üzrə Kerç yarımadasında magistral qaz kəmərinin qazıntısı zamanı 2000 il bundan əvvəl tikilmiş, Bosfor Krallığına aid qala və qala divarları aşkar ediblər.

Rus alimlərinin təxminlərinə görə, bu istehkam eramızdan əvvəl III əsrin birinci yarısında inşa edilib. Eramızdan əvvəl I əsrdə bu sədd əsası yunan müstəmləkəçiləri tərəfindən qoyulan Bosfor Krallığını Krıma sahiblik edən skiflərdən qoruyub. Aşkar edilən bu istehkam Qara dəniz sahillərinin şimal hissəsində böyük bir tapıntı hesab olunur. Çoxsaylı qazıntılar zamanı maddi-mədəniyyət nümunələri - antik dövrə aid bir neçə qadın qəbirləri, kuzə, boşqab, bürünc güzgü, muncuq və sırğalar da tapılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.