SİYASƏT


Bosniya və Herseqovinada Qlobal Bakı Forumuna hazırlıq toplantısı keçiriləcək

Bakı, 15 avqust, AZƏRTAC

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi və müavininin görüşündə Qlobal Bakı forumlarının əhəmiyyəti vurğulanıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə noyabrın 22-24-də Bosniya və Herseqovinada keçiriləcək IX Ali səviyyəli toplantı haqqında məlumat verilib, tədbirə hazırlıq məsələləri müzakirə olunub.

Qeyd edək ki, toplantıda Bolqarıstan, Makedoniya, Monteneqro, Albaniya prezidentləri də daxil olmaqla, 20-dən çox sabiq dövlət və hökumət rəhbərlərinin iştirakı gözlənilir. Toplantı 2017-ci ildə keçirilməsi nəzərdə tutulan V Qlobal Bakı Forumuna hazırlıq məqsədi daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.