SİYASƏT


Bosniya və Herseqovinanın “Fokus.ba” saytı Ermənistan hərbiçilərinin Azərbaycanın mülki əhalisini atəşə tutmasından yazır

Bakı, 7 iyul, AZƏRTAC

Bosniya və Herseqovinanın geniş oxucu kütləsinə malik “Fokus.ba” saytında “Ermənistan Azərbaycanın mülki əhalisini atəşə tutub, iki yaşlı qız həlak olub” sərlövhəli məqalə yerləşdirilib.

Bu barədə AZƏRTAC-a Azərbaycanın Serbiyadakı səfirliyindən məlumat veriblər.

Məqalədə deyilir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini, dinc sakinləri atəşə tutması nəticəsində iki nəfər həlak olub, bir nəfər isə yaralanıb. Azyaşlı Zəhra Quliyeva da həlak olub.

“Ermənistan silahlı qüvvələrinin Azərbaycanın hərbi mövqelərini deyil, mülki əhalisini planlı şəkildə atəşə tutması yeni gərginliyin yaranmasına səbəb olub. Bu taktikanı Ermənistan əvvəllər də tətbiq edib”, - deyə yazıda vurğulanır.

Məqalədə Azərbaycanın xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin Ermənistanın növbəti təxribatı ilə bağlı şərhləri də yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.