Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniçdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırır, ölkənizin daha da firavanlaşmasını ürəkdən arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək qəti əmin olduğumu bildirirəm ki, Bosniya və Herseqovina ilə Azərbaycan Respublikası arasında dostluq münasibətləri ölkələrimizin rifahı naminə daha da inkişaf edəcək.

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin.

Hörmətlə,

Mladen İvaniç

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin