SİYASƏT
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri V Qlobal Bakı Forumunda iştirak edəcək
Bakı, 24 fevral, AZƏRTAC
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniç V Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə Azərbaycana gələcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Mladen İvaniçin Forum çərçivəsində “Beynəlxalq münasibətlərin gələcəyi” mövzusunda keçiriləcək müzakirələrdə çıxışı və bir sıra görüşləri nəzərdə tutulub. İclasda Bosniya və Herseqovinadan başqa, 6 ölkənin – Latviyanın, Makedoniyanın, Albaniyanın, Monteneqronun və Gürcüstanın dövlət başçıları iştirak edəcəklər.
V Qlobal Bakı Forumunda bir sıra ölkələr Baş nazir və müavinlər, parlament rəhbərləri səviyyəsində təmsil olunacaq. Ümumilikdə isə Forumun işində 50 ölkədən 200-dən çox qonağın, o cümlədən nüfuzlu ictimai-siyasi xadimlərin, elm adamlarının və ekspertlərin iştirakı gözlənilir.