DÜNYA
Boston metrosunda sərnişinlər tüstülənən qatardan pəncərələri qıraraq çıxıblar
Bakı, 27 oktyabr, AZƏRTAC
ABŞ-ın Boston şəhərində metronun sərnişinləri tüstülənən qatardan çıxmaq üçün vaqonların pəncərələrini sındırmalı olublar. Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, insident oktyabrın 26-da axşam saatlarında şəhər metrosunun “narıncı xəttində” (Orange line) baş verib. Sərnişinlər “Back Bay” stansiyasından yola düşən lokomotivdə güclü tüstülənmə müşahidə ediblər. Maşinist qatarı dayandırsa da, qapılar açılmayıb. Nəticədə sərnişinlər pəncərələri qıraraq xilas olmağa çalışıblar.
Tüstüdən zəhərlənən 5 sərnişinə yerində tibbi yardım göstərilib, 3 nəfər xəstəxanaya aparılıb.
Hadisədən sonra xətdə qatarların hərəkəti dayandırılıb. Massaçusets ştatının nəqliyyat idarəsindən verilən məlumata görə, tüstülənmə mühərrikin həddən artıq qızması səbəbindən baş verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]