ELM VƏ TƏHSİL
Botanika İnstitutunda görkəmli alimin 100 illik yubileyi qeyd edilib
Bakı, 29 sentyabr (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunda görkəmli alim, Əməkdar Elm Xadimi, akademik Validə Tutayuqun anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin akademik Validə Tutayuqun 100 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamına uyğun olaraq reallaşdırılıb.
Tədbirdə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov bildirib ki, görkəmli alim Validə Tutayuq Azərbaycanda botanika elminin inkişafına dəyərli töhfələr verib və kənd təsərrüfatı sahəsində milli elmi kadrların yetişdirilməsində mühüm xidmətlər göstərib.
AMEA-nın Botanika İnstitutunun direktoru Validə Əlizadə alimin həyat və yaradıcılığı ilə bağlı məruzə edib.
V. Tutayuq 250-dən artıq elmi əsərin, o cümlədən 10 dərsliyin, 9 monoqrafiyanın müəllifidir.
Görkəmli alim müxtəlif orden və medallarla təltif olunub.