MƏDƏNİYYƏT
“Boy çiçəyi” tamaşası ingilis dilində subtitrlərlə təqdim edilib
Bakı, 8 may, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq Yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən və ya Boy çiçəyi” əsəri əsasında səhnələşdirilən “Boy çiçəyi” tamaşası ingilis dilində subtitrlərlə nümayiş edilib.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, teatrsevərlər səhnə əsərinə teatrın baş direktoru, Xalq Artisti Azərpaşa Nemətin quruluşunda baxıblar.
Tamaşada rolları Xalq Artisti Ramiz Novruz, Əməkdar artistlər Məsmə Aslanqızı, Hicran Nəsirova, Almaz Amanova, Əjdər Həmidov, Sabir Məmmədov, aktyorlar Rada Nəsibova, Elnar Qarayev və Fəridə Əliyeva canlandırıb.
Ata qayğısından məhrum olan Nargilənin zavod direktoru Həsənzadəyə olan məhəbbətindən bəhs edən tamaşada cərəyan edən hadisələr bu günümüzlə səsləşir.
Qeyd edək ki, səhnə əsərinin ilk nümayişi 2011-ci il noyabrın 2-də baş tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]