MƏDƏNİYYƏT
“Boy çiçəyi” tanınmış aktyor Ramiz Novruzun iştirakı ilə təqdim olunacaq
Bakı, 9 mart, AZƏRTAC
Martın 10-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Xalq Artisti Ramiz Novruzun iştirakı ilə “Boy çiçəyi və ya Sən həmişə mənimləsən” tamaşasının premyerası keçiriləcək.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşanın təqdimindən əvvəl 10 mart - Milli Teatr Günü münasibətilə tədbir təşkil olunacaq, Azərbaycan peşəkar teatrının keçdiyi yola nəzər salınacaq.
Xalq Yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən və ya Boy çiçəyi” pyesi əsasında hazırlanan tamaşanın rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, Xalq Artisti Azərpaşa Nemətdir.
Səhnə əsərində əsas rolları Xalq Artisti Ramiz Novruz, Əməkdar artistlər Məsmə Aslanqızı, Hicran Nəsirova, Almaz Amanova, Əjdər Həmidov, Sabir Məmmədov, aktyorlar Elnar Qarayev, Rada Nəsibova və Fəridə Əliyeva ifa edəcək.
Ata qayğısından məhrum olan Nargilənin zavod direktoru Həsənzadəyə olan məhəbbətindən bəhs olunan tamaşada cərəyan edən hadisələr bu günümüzlə səsləşir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]