CƏMİYYƏT
Böyrəyi xəstə olan insanlara steyk yemək məsləhət deyil
Bakı, 27 fevral, AZƏRTAC
Xroniki böyrək xəstəlikləri böyrək kanallarının tədricən fəaliyyətdən düşməsi və sidiyin azalması ilə bağlıdır. Böyrək çatışmazlığından əziyyət çəkən xəstələr vaxtaşırı hemodializdən keçməlidirlər. Böyrək köçürülməsi son tədbirdir.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ABŞ-ın “A&M” Universitetinin Elmi Saglamlıq Mərkəzinin alimləri xroniki böyrək xəstələri olan 1486 adamın sağlamlıq durumunu təhlil ediblər. Onlar müəyyən ediblər ki, bəzi pəhrizlər böyrək çatışmazlığına gətirib çıxarır.
Heyvan mənşəli zülal qida böyrəyin sağlamlığına ciddi ziyan vurur. Qırmızı ət zülal ilə zəngindir. Alimlər xroniki böyrək xəstələrinə steyk və kababdan imtina etməyi, daha çox meyvə-tərəvəz yeməyi məsləhət görürlər.
“Meyvə-tərəvəz böyrək xəstəliklərinin inkişafının qarşısını ala bilərmi” sualına cavab vermək çox çətindir. Məlumdur ki, bitki tərkibli qidalarıda olan vitaminlər insan orqanizminə çox lazımdır. Hər bir halda əndazəni aşmaq olmaz.