DÜNYA


Böyük Britaniya: Devid Kemeronu kim əvəzləyəcək?

A+ A

Bakı, 5 iyul, AZƏRTAC

Londonun keçmiş meri Boris Conson Böyük Britaniyanın Mühafizəkar Partiyasının gələcək lideri və ölkənin baş naziri postunda energetika nazirinin 53 yaşlı müavini Andre Lidsomu görür.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, keçmiş mer Lidsomun partiyaya və kabinetə uğurla başçılıq etmək üçün bütün keyfiyyətlərə malik olduğunu deyib. Consonun dəstəyi Lidsoma nüfuzlu ədliyyə naziri Maykl Qouvla mübarizədə əlavə xal qazandırır. Lakin partiya yoldaşlarının bəziləri Consonu mühafizəkarların sırasına təfriqə salmaqda ittiham edirlər.

Qouv hazırda namizədlər arasında populyarlığına görə daxili işlər naziri Tereza Meydən sonra ikinci sırada qərarlaşıb. Tereza Mey artıq seçkidə iştirak edəcəyini bəyan edib. Avropa İttifaqında üzvlüyün qatı əleyhdarları Conson və Qouvdan fərqli olaraq, Mey “breksit”in əleyhinədir.

Xatırladaq ki, Britaniya hökumətinin başçısı və Mühafizəkar Partiyasının lideri sentyabrın 9-dək seçilməlidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.