DÜNYA


Böyük Britaniya: Mançesterdə terror aktı ilə bağlı 8 nəfər həbs olunub

Bakı, 25 may, AZƏRTAC

Britaniya polisi mayın 22-də “Manchester Arena” stadionunda baş verən partlayışın təhqiqatı ilə əlaqədar daha iki nəfəri həbs edib. Beləliklə də cinayət işi üzrə həbs olunan şübhəlilərin sayı 8 nəfərə çatıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat Böyük Mançesterin polis idarəsinin rəsmi “Twitter” səhifəsində yerləşdirilib.

Xatırladaq ki, mayın 22-də “Manchester Arena” stadionunda amerikalı müğənni Ariana Grandenin çıxışından sonra partlayış baş verib. Son məlumata əsasən, hadisə nəticəsində 22 nəfər, o cümlədən 12 uşaq həlak olub, 120 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Xəstəxanalarda müalicə olunan 64 nəfərdən 20-si ağır vəziyyətdədir. Bundan başqa, əksəriyyəti yeniyetmələrdən ibarət 9 nəfər itkin düşmüş sayılır.

Mançester polisi terror aktının cinayətkar şəbəkə tərəfindən təşkil edildiyinə dair bəyanat yayıb. Polis, həmçinin terror aktının icraçısının 22 yaşlı Liviya əsilli Mançester sakini Salman Abedi olduğunu açıqlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.